“Neftçi”nin bəyənmədiyi futbolçu Hollandiya çempionatında
24.03.2011 - 10:53
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Suat Usta özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi karyerasını Hollandiyada davam etdirə bilər. 2008-2010-cu illərdə “ağ-qaralar”ın şərəfini qoruduqdan sonra Türkiyənin “Diyarbəkirspor” klubuna keçən Suat Sittard “Fortuna”sının düşərgəsindədir. O, aşağı dəstə təmsilçisi ilə danışıqlar aparmaq üçün Sittarda yollanıb. “Fortuna” rəhbərliyi vaxtilə PSV, “Qalatasaray” kimi klublarda oynamış müdafiəçi ilə müqavilə bağlamaq niyyətindədir.
Qeyd edək ki, Usta 2009/10 mövsümü başa çatmamış “Neftçi”dən qovulmuşdu.
Qeyd edək ki, Usta 2009/10 mövsümü başa çatmamış “Neftçi”dən qovulmuşdu.
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
- "Sabah" və "Fənərbaxça"nın matçları bu kanallarda: TV AFİŞA
- Frankovskidən "Qalatasaray" etirafı: "Həmin futbolçuları televizorda izləyirdim"
- “Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı
- "Qalatasaray"ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir
0
0