Belçika yığması qapıçısını itirdi
24.03.2011 - 11:32
Avro-2012-nin seçmə mərhələsinin martın 29-dakı qarşılaşmasında Azərbaycan milli komandası ilə qarşılaşacaq Belçika yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın qapıçısı Silvio Proto zədələnərək yığmadan ayrılıb. Məşq zamanı uğursuz şəkildə yıxılan qolkiper bel nahiyəsində xəsarət alıb. Onun martın 25-də Avstriya ilə səfər matçında oynamayacağı artıq dəqiqdir. Baş məşqçi Jorj Leekens onun əvəzinə yığmaya “Genk”in üzvü Tibo Kurtuanı dəvət edib.
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
- "Sabah" və "Fənərbaxça"nın matçları bu kanallarda: TV AFİŞA
- Frankovskidən "Qalatasaray" etirafı: "Həmin futbolçuları televizorda izləyirdim"
- “Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı
- "Qalatasaray"ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir
0
0