Milanda oynayacaq azərbaycanlı futbolçular müəyyənləşdi
24.03.2011 - 12:33
Milanda oynayacaq azərbaycanlı futbolçular müəyyənləşdi
İtaliyanın “Milan” klubu və Bakının “Inter” komandası arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən “Milan Junior Camp” layihəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, italiyalı məşqçilər layihə çərçivəsində dörd gün ərzində təxminən 300 uşaq futbolçunu baxışdan keçiriblər. Bununla da İtaliyaya gedəcək 3 futbolçunun adları məlum olub. Milanda keçiriləcək ənənəvi futbol festivalına 1997-ci il təvəllüdlü futbolçular - Ağaseyid Qasımov, Natiq Pehman və Nəriman Hüseynov gedəcəklər.

Bundan başqa, “Milan”ın nümayəndələri 10 nəfər iştirakçıya klubun toplarını, bir nəfərə komandanın tanınmış futbolçusu Patonun imzaladığı köynəyi hədiyyə ediblər.