“İnter” finala yüksəldi
24.03.2011 - 12:59
Martın 20-də Rusiyanın Soçi şəhərində uşaq-yeniyetmələr arasında əməkdar idman xadimi və 1960-ci ildə Avropa çempionu olmuş Valentin Bubukinin xatirəsinə həsr olunmuş ənənəvi turnirə start verilib. Apasport.az saytının məlumatına görə, aprelin 4-dək davam edəcək yarışda Bakının “İnter” klubu da təmsil olunur.
Rusiya, Ukrayna və MDB-nin diqər ölkələrindən olan ən güclü uşaq-yeniyetmə komandalarının iştirakı ilə 8 müxtəlif yaş kateqoriyasında keçirilən turnirdə paytaxt təmsilçisinin 2 komandası - 1999-cu və 2001-ci il təvəllüdlü futbolçuları mübarizə aparırlar. Rövşən Babayevin rəhbərlik etdiyi kiçiklər artıq 3 oyun keçiriblər. Onlar Voronejin "Olimpik" komandasını 2:0, Çelyabinsk "Zenit"ini 6:0, digər Rusiya təmsilçisi "Uxta"nı isə 3:0 hesabıyla məğlub ediblər. Martın 25-də “İnter” final qarşılaşmasına çıxacaq. Komandanın oyunçusu Təbriz İsazadə isə 7 qol vuraraq adını bombardirlər siyahısına yazdırmağa müvəffəq olub.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü futbolçular mübarizəyə martın 28-də qoşulacaq.

0
0