Milli komandanın sabiq futbolçusu seks qalmaqalında
24.03.2011 - 14:25
Milli komandanın sabiq futbolçusu seks qalmaqalında
Almaniya milli komandasının sabiq futbolçusu Cerald Asamoa seks qalmaqalına düşüb. Apasport.az saytının məlumatına görə, “Sankt-Pauli” klubunda çıxış edən Qana əsilli futbolçunun üzləşdiyi xoşagəlməz hadisə qan tökülməsi ilə başa çatıb.

Komanda yoldaşı Maks Kruzun ad gününü qeyd etmək niyyətində olan Asamoa Hamburqdakı evinə 2 fahişə dəvət edib. Həyat yoldaşının Helzenkirhendəki evdə olduğunu düşünən Asamoanın yaxşıca əylənmək arzusu gözündə qalıb. Ona sürpriz etmək istəyən xanımın Hamburqa gəlişi qalmaqalla müşayiət olunub. Evdə 2 yad qadın görən xanım Asamoa onlarla saçyoldusuna çıxıb. Ardınca isə əsəbindən bıçağı götürərək öz əlini də kəsib.
0