Martin Harnik: Azərbaycan yığmasını unutmamalıyıq
24.03.2011 - 15:44
“Qarşıdakı 2 görüşdən 4 xal qazanmağımız əla olardı. Belçika yığmasını öz meydanımızda məğlub etməliyik. Buna borcluyuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Martin Harnik deyib.
Almaniyanın “Ştutqart” klubunda çıxış edən futbolçu Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı 2 oyunu haqda fikirlərini açıqlayıb. Harnik payızda qarşılaşacaqları Azərbaycan yığması ilə görüşdən də ehtiyatlandığını bildirib: “Belçikanı udandan sonra işimiz nisbətən asan olacaq. Ardıcıl 2 məğlubiyyətsən sonra Türkiyə yığması qorxu içindədir. İstanbuldan xalla qayıda bilərik. Lakin bir şey də var ki, onu unutmamalıyıq: payızda Azərbaycan və Qazaxıstanla çətin səfər matçlarımız var. Onları da udmalıyıq ki, final mərhələsinə çıxaq”.

0
0