Avro-2012-nin seçmə oyununa qoyunların “basqını” - FOTO
24.03.2011 - 17:53
Avro-2012-nin seçmə oyununa qoyunların “basqını” - FOTO
İngiltərə milli komandasının azarkeşləri Avro-2012-nin seçmə mərhələsinin Uelslə oyununa sürpriz hazırlayıb. Apasport.az saytının məlumatına görə, ingilislər oyun zamanı stadiona minlərlə qoyun buraxmaq niyyətindədirlər. Söhbət şarı xatırladan hava ilə doldurulan qoyunlardan gedir. Bununla da ingilislər uelslilərə onlara tarixi peşələrini xatırlatmaq niyyətindədir. Belə ki, təxminən 11 milyon qoyunu olan Uels əhalisinin əsas məşğuliyyəti də heyvandarlıqdır. Onların futbolla deyil, qoyunçuluqla məşğul olmasını göstərmək istəyən ingilis azarkeşlərin qarşısını almaq da mümkünsüz görünür. Üfürüb doldurmamış şar kimi cibə yerləşən bu qoyunları stadiona keçirmək çox asandır. Orada isə onları doldurub arenaya buraxmaq elə də çətin deyil.