Bernard Lippert: Penalti epizodlarında bəztimiz gətirdi
25.03.2011 - 10:03
“İlk 10 dəqiqə istisna olmaqla, birinci hissədə çox zəif oynadıq. Fiziki hazırlığı yaxşı səviyyədə olan rəqibə qarşı təhlükə yarada bilmədik. Heç nədən top itirirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert deyib.
Almaniyalı mütəxəssis Qvineya yığması ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissəyə heyətdə dəyişikliklərlə başladıq. Oyunçular onlara verilən taktiki göstərişləri ikinci hissədə daha yaxşı yerinə yetirdilər, biz daha çox topa sahib olduq və rəqibin qapısı qarşısında daha tez-tez görünməyə başladıq. Penalti epizodlarında bəxtimizin gətirdiyini deməliyəm. Lakin ümumi götürsək, qələbəyə layiq olduğumuzu düşünürəm”.
Qeyd edək ki, millimiz afrikalıları 1:0 hesabı ilə məğlub edib.
Mənbə: affa.az

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0