“Belçika yığması bizdən güclü deyil”
25.03.2011 - 10:19
“Belçika yığmasından çəkinmək lazım deyil. Əksinə, onlara qarşı yaxşı futbol oynamaq lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov deyib.
Martın 29-da Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə qarşılaşacaq yığmamız oyunun hazırlığını Almaniyada həyata keçirir. 2011-ci ildə ilk rəsmi oyununa çıxacaq əsas komandamız son rəsmi qarşılaşmada Türkiyə yığmasını Bakıda məğlub edib. Millimiz səfər matçında qələbənin davamını gətirmək istəyir. Rəqibdən çəkinməyin lazımsız olduğunu qeyd edən Abışov meydan amilinin Belçika üçün üstünlük ola biləcəyini vurğulayıb: “Biz onlardan zəif deyilik. Evdə oynamaları və ustalıq səviyyəsinin yüksək olması onlara kömək edə bilər”.
Müdafiəçi Belçika millisinin sabiq hücumçusu, hazırda isə “Neftçi”də çiyin-çiyinə çıxış etdiyi Emil Mpenza vasitəsilə rəqib haqda müəyyən məlumatlar toplamağa çalışacağını qeyd edib: “Mpenzadan mütləq müəyyən məlumatlar öyrənəcəm”.
Nikbinliyini itirməyən millinin üzvü azarkeşlərə də mesaj göndərdi: “Bu qarşılaşmada yaxşı nəticə qazanacağımıza inanıram. Belçika yığmasının oyunçularını klublarının heyətində izləyirəm. Onlar bizdən elə də güclü deyillər”.

0
0