“Sevinirəm ki, yalnız Azərbaycan yığması mənə qol vurub”
25.03.2011 - 10:44
“Avropa çempionatının seçmə mərhələsinin arxada qalan oyunlarında cəmi 1 qol buraxmışam. Belə göstəriciyə görə çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin qapıçısı Manuel Noyer deyib.
“Şalke” klubunun futbolçusu Avro-2012-nin seçmə mərhələsindəki etibarlı oyunu ilə öyünür: “Həmin yeganə qolu da Azərbaycanla qarşılaşmada buraxdım. Ümumilikdə yığmadakı 16 oyuna qapımızda 10 qol görməyim də sevindiricidir. Artıq 99 faiz final mərhələsindəyik. Təəssüf ki, klubdakı işlərim belə yaxşı getmir. Yeganə ümidim ölkə kubokunu qazanmaqdır”.
Qeyd edək ki, yığmamızın vurduğu həmin qol da kuryoz alınmışdı. Vaqif Cavadovun künc zərbəsindən sonra Noyer topu qaytarsa da, yerə yıxılan Rail Məlikova çarpan “mərmi” qapıdan keçmişdi. Bəziləri bu topu avtoqol, digərləri Railin ayağına yazsa da, UEFA rəsmən Cavadovun fərqləndiyini açıqlayıb.

0
0