“Qarabağ” yoldaşlıq oyunu keçirir
25.03.2011 - 11:17
Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyununun hazırlıqlarını davam etdirən Ağdamın “Qarabağ” klubu yoldaşlıq oyunu keçirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, çempionatda yaranan fasiləni boşa verməmək məqsədilə ağdamlılar “Simurq”la görüşəcək. Martın 27-də baş tutacaq görüş Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Matç saatı 14:00-da başlayacaq.
Qeyd edək ki, cəmi 17 futbolçu ilə çalışmalarını davam etdirən komandanın əməliyyat olunan müdafiəçisi Aftandil Hacıyev də artıq kollektiv çalışmalarda iştirak edir.
Qeyd edək ki, cəmi 17 futbolçu ilə çalışmalarını davam etdirən komandanın əməliyyat olunan müdafiəçisi Aftandil Hacıyev də artıq kollektiv çalışmalarda iştirak edir.
- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0