Berti Foqts: Niyə də həmin uğuru Belçika ilə oyunda təkrarlamayaq?
25.03.2011 - 12:15
“Biz Frankfurtla Duysbuqrun arasında yerləşən Vedberq qəsrində məskunlaşmışıq. Bu, Almaniyadan Belçikaya gedən yolun kənarındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Avro-2012-nin seçmə mərhələsinin Belçika ilə martın 29-da keçiriləcək oyununa Almaniyada hazırlaşan yığmamızın çalışdırıcısı yerli jurnalistlərdən birinin “əlinə düşüb”. Foqts ona verdiyi açıqlamada iddialı danışıb: “Burada bizim üçün əla şərait var. Ardıcıl 2 məğlubiyyətdən sonra Türkiyə üzərindəki qələbə həqiqətən də inanılmaz idi. Niyə də həmin uğuru Belçika ilə oyunda təkrarlamayaq? Axı futbolda hər şey mümkündür”.
Foqts bildirib ki, meşə massivində yerləşən qəsrdə məskunlaşan yığmamız və özü boş vaxtlarını da səmərəli keçirir: “Bonnda Azərbaycan restoranına gedəndə futbolçularımız xoşbəxt idilər. Biz Vedberqdən ekskursiyaya çıxıb, həmin restorana getmişdik. Komandamız gündə 2 dəfə məşq keçir. Mən isə boş vaxt tapan kimi qolf oynayıram”.

0
0