Ramiz Məmmədov “Astana”ya qarşı
25.03.2011 - 13:26
Bu gün Qazaxıstan kubokunun yeni mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubunun da rəqibi müəyyənləşib.
Həmyerlimizin yetirmələri 1/16 finalda aşağı dəstə təmsilçisi “Astana” ilə qarşılaşacaq. Əsasnaməyə əsasən, bu mərhələnin görüşləri 1 oyundan ibarət olur və aşağı dəstə komandasının meydanında keçirilir. Belə ki, 14 cütün hamısında güclülər dəstəsi klubları zəifləri sınağa çəkir. Ötən ilki finalçılar “Şaxtyor”la “Lokomotiv” isə mübarizəyə 1/8 finaldan başlayır.
Qeyd edək ki, “Astana” – “Atırau” oyunu aprelin 13-də baş tutacaq.

0
0