“Bakı” Superliqa klubu ilə heç-heçə oynadı
25.03.2011 - 20:36
Milli komandaların AVRO-2012 seçmə mərhələsi çərçivəsində keçirəcəyi rəsmi oyunlarla bağlı yaranan fasilədən yararlanan "Bakı" Antalyaya təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi toplanış çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb.
Qeyd edək ki, bir neçə oyunçusu milli komandaların düşərgəsində olan “Bakı” bu görüşə baş məşqçisiz çıxıb. Buna səbəb Latviya yığmasını çalışdıran Aleksandr Starkovun hazırda millinin düşərgəsində olmasıdır.
Görüş isə heç-heçə başa çatıb. Oyunda qapılara 2 top vurulub ki, “Bakı”dan Bəxtiyar (33 dəq) rəqib komandadan Gökhan Ünal (44) fərqlənib.

0
0