Yığmamızın məşqçiləri üçün xüsusi tapşırıq
25.03.2011 - 15:41
Yığmamızın məşqçiləri üçün xüsusi tapşırıq
Azərbaycan milli komandasının mübarizə apardığı Avro-2012-nin seçmə mərhələsinin A qrupunda 2 oyun bu gün və sabah baş tutacaq. Apasport.az saytının məlumatına görə, növbəti oyununu martın 29-da keçirəcək yığmamızın məşqçiləri rəqiblərinin iştirakı ilə baş tutacaq hər 2 görüşü izləyəcək.

Belə ki, hazırda yetirmələrinə Almaniyada hazırlıq keçən Berti Foqtsun köməkçiləri Vəli Qasımovla Olaf Yansen komandadan ayrılıblar. Onlar bu gün Avstriyada meydan sahibləri ilə Belçika arasında keçiriləcək oyunu izləyəcəklər. Həm martın 29-dakı rəqib Belçikanın hazırkı durumuna şahid olacaq mütəxəssislər, həm də avstriyalılara nəzər salacaq. Hər halda bu komanda ilə də 1 oyunumuz qalıb.

Matçın ardından Almaniyaya dönəcək məşqçilərimiz yığmanın düşərgəsinə deyil Almaniya – Qazaxıstan matçına yollanacaq. Rəqiblərimizin iştirakı ilə keçiriləcək sabahkı matçı da izləyəcək Qasımovla Yansen bundan sonra baş məşqçi Berti Foqtsun sərəncamında olacaqlar.