“Mən “Xəzər Lənkəran”ın futbolçusuna inanıram”
25.03.2011 - 16:15
“Komandamızda problemlər var. Xüsusilə də müdafiə xəttində. Çünki 2 aparıcı oyunçumuzun xidmətindən məhrumuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniya milli komandasının baş məşqçisi Yosip Kuje deyib.
Avro-2012-nin seçmə mərhələsinin Belarusla ev oyunu ərəfəsində geniş müsahibə verən mütəxəssis yığmadakı itkilərdən gileylənib. Lakin Kuje onlara layiqli əvəzedici tapdığına əmindir: “Debatik Surri çoxdandır ki. zədəlidir. Armand Dallku isə qırmızı vərəqə aldığından cəzalı durumdadır. İtkiləri nəzərə alaraq Elvin Beçirini yığmaya çağırdım. Azərbaycanda çıxış edən bu futbolçunun böyük təcrübəsi var. Onun ustalığı bizim köməyimizə gəlməlidir. “Xəzər Lənkəran” klubunun futbolçusu il yarıma yaxındır ki, yığmaya çağırılmır. Lakin bu oğlanı yaxşı tanıyıram və ona inanıram”.
Qeyd edək ki, Premyer Liqamızın daha 2 futbolçusu Albaniya yığmasının heyətinə çağırılıb. Bunlar “Qarabağ”ın üzvləri Admir Teli və Ansi Aqollidir.

0
0