“Bavariya”da yeni baş məşqçi
25.03.2011 - 18:04
Almaniyanın “Bavariya” klubu Yupp Haynkeslə anlaşıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin idarə heyətinin sədri Karl-Hayns Rummenigge 65 yaşlı mütəxəssisin yeni mövsümdən komandaya rəhbərlik edəcəyini açıqlayıb. O, bildirib ki, iyulun 1-dən fəaliyyətə başlayacaq Haynkes 2 il “Bavariya”nın baş məşqçisi olacaq. 1987 və 2009-cu illərdən sonra 3-cü dəfə bu posta təyin olunan haynkes hollandiyalı Lui van Qalı əvəzləyəcək.
Qeyd edək ki, hazırda “Bayer”ə rəhbərlik edən Haynkesin komandası turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Onun gələcək komandası isə 2-ci yerdən 7 xallıq fərqlə 4-cü pillədədir. Haynkes son 7 turda gələcək komandası ilə səfər matçı da gözləyir.

0
0