“Bakı” üçün növbəti rəqib
26.03.2011 - 00:02
“Bakı” üçün növbəti rəqib
Antalyada təlim-məşq toplantısında olan "Bakı" klubunun yoxlama oyunları çərçivəsində daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar” yenə Türkiyə Superliqa təmsilçisi ilə qarşılaşacaqlar. Bu dəfə rəqib "Bucaspor" klubudur. Oyun martın 27-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xatırladaq ki, “Bakı” ilk yoldaşlıq oyununda "İstanbul Böyükşehir Belediyyespor"la heç-heçə oynayıb – 1:1.