Dmitri Kruqlov Uruqvay üzərində qələbəyə şahidlik etdi
26.03.2011 - 10:58
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlovun şərəfini qoruduğu Estoniya milli komandası növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Baltikyanı təmsilçisi qüvvəsini yoxlama görüşündə sınayıb.
Estoniyalılar Cənubi Amerika təmsilçisi Uruqvayla üz-üzə gəliblər. Tallində keçirilən oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqasının matçdakı yeganə təmsilçisi meydana start heyətində çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, estonlar martın 28-də Uruqvayın paytaxtı Montevideoda bir daha qarşılaşacaqlar.

0
0