“Final mərhələsinə çıxmaq istəyiriksə, Azərbaycan yığmasına qalib gəlməliyik”
26.03.2011 - 14:27
“Gözəl komanda formalaşıb. Hazırda heyətimizdə əla abı-hava hökm sürür”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Belçika yığmasının futbolçusu Yan Vertongenə məxsusdur.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan belçikalıların müdafiəçisi Avstriya üzərində 2:0 hesablı qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib. Onun sözlərinə görə, martın 29-da Berti Foqtsun yetirmələri ilə oyunda da milli komandalarını yalnız qələbə qane edəcək: “Avstriya üzərində qələbədən sonra xoşbəxtik. Lakin özümüzə qarşı tələbkar olmalıyıq. Çünki növbəti rəqibimiz Avstriyadan fərqlidir. Azərbaycan milli komandası ilə qarşılaşacağıq və qələbə sayəsində Avro-2012-nin final mərhələsinə yüksəlmək şanslarımızı saxlayacağıq. Düzdür, Avstriyaya qarşı ehtiyatla oynayırdıq. Lakin Berti Foqtsun yetirmələri ilə görüşdə oyuna nəzarət məhz bizim tərəfimizdə olmalıdır. Final mərhələsinə çıxmaq istəyiriksə, Azərbaycan yığmasına qalib gəlməliyik”.

0
0