Azərbaycan yığmasından 4:0 hesablı qələbə
26.03.2011 - 21:34
Bu gün İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, UD Marbelya komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Qolları Cavid İmamverdiyev (39-cu dəq.), Emin Mustafayev (77), Emin Mehdiyev (79) və Kamil Nurəhmədov (85) vurub.
Yığmamız Marbelya şəhərində martın 24-də keçirdiyi yoldaşlıq oyununda Qvineyanın U-21 komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
Yığmamız martın 29-da, Bakı vaxtı ilə saat 19:00-da rusiyalı həmyaşıdları ilə qarşılaşacaq. Həmin oyunun www.affatv.az saytında test olaraq canlı yayımlanması nəzərdə tutulub.

0
0