Aleksandr Starkov məğlubiyyətə üzüldü
27.03.2011 - 12:30
Avro-2012-nin seçmə mərhələsində keçirilən İsrail – Latviya oyunu Azərbaycan Premyer Liqasının iştirakçıları üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyi latviyalılar matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar.
Onunla yanaşı, “Bakı”dakı köməkçisi İqor Klosov və bizə tanış olan daha 2 futbolçu da yenilginin üzüntüsünü yaşayıblar. Bunlar AZAL-ın üzvü Ritus Kryauklis və “Qarabağ”ın futbolçusu Andrey Rubindir. Hər 2 oyunçu qarşılaşmaya start heyətində çıxıb. Ritusun 90 dəqiqə oynadığı görüşün 57-ci dəqiqəsində Andrey əvəzlənib.

- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0