“Neftçi”də oynadılar, əsas heyətdə yerlərini itirdilər
27.03.2011 - 12:09
“Neftçi”də oynadılar, əsas heyətdə yerlərini itirdilər
Makedoniya milli komandası Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların da yer aldığı yığma səfərdə İrlandiya ilə qarşılaşıb. Meydan sahiblərinin 2:1 hesablı qələbəsinə ölkəmizdə çıxış edən 3 futbolçu şahid olub.

“Neftçi”nin futbolçuları İqor Mitreski və Slavko Georgiyevski, “İnter”in hücumçusu Filip Despotovski bu matçın “18-liy”ə daxil olsa da heç biri start heyətində oynamağa layiq görülməyib. Təbii ki, bu da onların nisbətən zəif çempionatda çıxış etmələri ilə bağlıdır. Bu “3-lük”dn yalnız Slavko sonradan meydana çıxıb. O, 84-cü dəqiqədə şans qazanıb.

Qeyd edək ki, “Neftçi”nin oyunçuları əvvəlki qarşılaşmalarda start heyətdə çıxış edirdi. Lakin Premyer Liqamızda oynadıqca ehtiyata göndərilirlər.