“Neftçi”nin futbolçusu Çempionlar Liqasından danışır
27.03.2011 - 13:30
"Çempionatın sonuna 8 oyun qalıb. Biz qalan bütün görüşlərdə 3 xal qazanmaq üçün meydana çıxacağıq. "Xəzər Lənkəran"la səfərdəki matçda hesabda öndə olsaq da, qələbəni son dəqiqələrdə əldən verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rodriqinyo deyib.
Braziliyalı legioner klubun rəsmi saytına açıqlamasında Çampionlar Liqasından “dən vurub”: “Bu oyunda rəqibi məyus edərək, "Neftçi"nin heyətində ilk qolumu vurdum. Qalan görüşlərdə də qollar vurub komandama qələbə qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Ancaq, əsas vacib olan "Neftçi"nin qələbə qazanmasıdır. Hansı futbolçunun fərqlənməsinin bizim üçün əhəmiyyəti yoxdur, əsas odur ki, hesabımıza 3 xal yazdıraq. Biz kollektiv kimi çox güclüyük. Hədəfimiz isə məlumdur - çempion olaraq, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etmək".

0
0