Milli komandamızla Belçikada görüş
27.03.2011 - 16:13
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq millimiz artıq Brüsseldədir. Apasport.az saytının xəbərinə görə, bu gün səhər məşqindən sonra Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin nümayəndələri və yeniyetmə futbolçuları komandamızın üzvləri ilə görüşüblər.
Cəmiyyətin sədri Ayhan Dəmirçi çıxış edərək komandamıza qarşıdakı oyunda dəstək olmaq üçün stadiona gələcəklərini deyərək, millimizə uğurlar arzulayıb. Cəmiyyət adından AFFA-nın baş katibi Elxan Məmmədova və milli komandamızın kapitanı Rəşad Sadıqova xatirə hədiyyəsi təqdim olunub. AFFA-nın hədiyyələrini cəmiyyətin nümayəndələrinə və yeniyetmə futbolçularına təqdim edən millimizin futbolçuları dəstəyə görə onlara dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.

- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0