“Qəbələ”nin futbolçusu Niameydə qol vurdu
28.03.2011 - 10:15
“Qəbələ”nin futbolçusu Niameydə qol vurdu
Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer liqasında çıxış edən futbolçuların da şərəfini qoruduğu Syerra-Leone yığması səfərdə Nigerlə qarşılaşıb.

Niamey şəhərində baş tutan qarşılaşmada hesabı qonaqlar açıb. 23-cü dəqiqədə “Qəbələ” klubunun üzvü Əlhəssən Banqura fərqlənib. Lakin meydan sahibləri bundan sonra 3 qol vuraraq, qalib gəliblər - 3:1.

Qeyd edək ki, İbrahim Karqbo (“Bakı”), Julius Vobay (“Xəzər Lənkəran”) və Samuel Barlay da (“Muğan”) Syerra-Leone yığmasına çağırılmışdılar.