Baş tutacaq 10 görüşdən biri Azərbaycan milli komandasının iştirakı ilə olacaq. 3-ü səfərdə olmaqla, 4-cü oyununa çıxacaq yığmamız ilk səfər xalını Belçikada qazanmağa çalışacaq. Ciddi itkiləri olan qrup ikincisi ilə oyun Berti Foqtsun yetirmələri kimi Türkiyə üçün də böyük maraq kəsb edir. Çünki öz meydanında belçikalılara uduzan avstriyalıların final mərhələsi şanslarını heçə endirəcəkləri halda, Türkiyə futbolçuları 2-ci pilləyə də qayıda bilərlər. Lakin bunun üçün onlar bizim yığmadan uğur gözləyirlər. Qonşularımızı məğlub etməklə, onlara böyük zərbə vuran millimiz Brüsseldə uduzmamaqla onları 2-ci yer uğrunda mübarizənin favoriti edə bilər.
Günün digər 8 qarşılaşması arasında isə daha çox maraq İsraildəki görüşədir. Final mərhələsinə çıxmaq iddiasında olan meydan sahibləri və Gürcüstan öz aralarında kimin güclü olacağını müəyyənləşdirməlidir. 2 gün əvvəl sensasiyaya imza atmaqla Xorvatiyanı məğlub edən qonşularımız növbəti qələbə ilə zirvəni ələ keçirə bilər. E qrupunun liderləri bir-biri ilə üz-üzə gəlsə də, 3 gün əvvəl Macarıstanda 4 qol vuran Hollandiya futbolçuları ilk 2 yer arasında ciddi səviyyə fərqini ortaya qoymuşdu. Bu səbəbdən cavab oyunu o qədər də ciddi maraq doğurmur.
A qrupu
22:30. Türkiyə - Avstriya
23:45. Belçika – Azərbaycan
1 | Almaniya | 5 | 5 | 0 | 0 | 17-1 | 15 |
2 | Belçika | 5 | 2 | 1 | 2 | 10-8 | 7 |
3 | Avstriya | 4 | 2 | 1 | 1 | 9-6 | 7 |
4 | Türkiyə | 4 | 2 | 0 | 2 | 6-6 | 6 |
5 | Azərbaycan | 3 | 1 | 0 | 2 | 2-9 | 3 |
6 | Qazaxıstan | 5 | 0 | 0 | 5 | 0-14 | 0 |
C qrupu
23:30. Estoniya – Serbiya
23:45. Şimali İrlandiya – Sloveniya
1 | İtaliya | 5 | 4 | 1 | 0 | 11-1 | 13 |
2 | Sloveniya | 5 | 2 | 1 | 2 | 7-4 | 7 |
3 | Serbiya | 5 | 2 | 1 | 2 | 7-8 | 7 |
4 | Estoniya | 4 | 2 | 0 | 2 | 6-5 | 6 |
5 | Şim. İrlandiya | 4 | 1 | 2 | 1 | 3-3 | 5 |
6 | Farer adaları | 5 | 0 | 1 | 4 | 3-16 | 1 |
D qrupu
22:45. Rumıniya - Lüksemburq
1 | Fransa | 5 | 4 | 0 | 1 | 8-1 | 12 |
2 | Belarus | 5 | 2 | 2 | 1 | 3-1 | 8 |
3 | Albaniya | 5 | 2 | 2 | 1 | 5-5 | 8 |
4 | Bosniya və Herseqovina | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
5 | Rumıniya | 4 | 0 | 2 | 2 | 2-5 | 2 |
6 | Lüksemburq | 5 | 0 | 1 | 4 | 0-8 | 1 |
E qrupu
22:00. İsveç - Moldova
23:30. Hollandiya - Macarıstan
1 | Hollandiya | 5 | 5 | 0 | 0 | 16-2 | 15 |
2 | Macarıstan | 5 | 3 | 0 | 2 | 12-8 | 9 |
3 | İsveç | 3 | 2 | 0 | 1 | 9-4 | 6 |
4 | Moldova | 4 | 2 | 0 | 2 | 5-3 | 6 |
5 | Finlandiya | 4 | 1 | 0 | 3 | 10-6 | 3 |
6 | San-Marino | 5 | 0 | 0 | 5 | 0-29 | 0 |
F qrupu
21:05. İsrail - Gürcüstan
1 | Yunanıstan | 5 | 3 | 2 | 0 | 5-2 | 11 |
2 | Xorvatiya | 5 | 3 | 1 | 1 | 8-2 | 10 |
3 | Gürcüstan | 5 | 2 | 3 | 0 | 4-2 | 9 |
4 | İsrail | 5 | 2 | 1 | 2 | 7-6 | 7 |
5 | Latviya | 5 | 1 | 1 | 3 | 4-7 | 4 |
6 | Malta | 5 | 0 | 0 | 5 | 1-10 | 0 |
I qrupu
20:30. Çexiya – Lixtenşteyn
23:45. Litva - İspaniya
1 | İspaniya | 4 | 4 | 0 | 0 | 12-4 | 12 |
2 | Çexiya | 4 | 2 | 0 | 2 | 4-3 | 6 |
3 | Şotlandiya | 4 | 1 | 1 | 2 | 4-5 | 4 |
4 | Litva | 3 | 1 | 1 | 1 | 2-3 | 4 |
5 | Lixtenşteyn | 3 | 0 | 0 | 3 | 1-8 | 0 |