Kamran Ağayev: Biz Belçikaya qələbə dalınca gəlmişik
28.03.2011 - 14:05
Kamran Ağayev: Biz Belçikaya qələbə dalınca gəlmişik
“Belçika ilə oyuna hazırlığımız normal keçdi. Həmişə necə, indi də elə hazırlaşmışıq. Heç bir çətinliyimiz, problemimiz olmayıb”. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin qapıçısı Kamran Ağayev deyib.

Bu gün Belçika paytaxtında, millimizin qaldığı oteldə təşkil olunan mətbuat konfransına öncə Kamran fikirlərini bildirməklə başladı. Həmişə olduğu kimi, fərqliliyi ilə seçilən Ağayev qələbəyə ən iddialı idi: “Fikrimcə, Belçika ilə matça yaxşı hazırlaşmışıq. Bura nəticə dalınca, qələbə qazanmağa gəlmişik. İnşallah, bunu da nail olarıq. Mən buna çox inanıram. İnanmasam, bura gəlmərəm. Milliyə təsadüfi futbolçu gəlmir. Hamısı, seçilib. Hamı bir şey haqda fikirləşir ki, bura qələbə qazanmağa gəlmişik. Allah bizə bunu yetirər. Sabah öz oyunumuzu oynayacağıq. Necə tapşırıq verirlər, elə də edəcəyik ”.

Qeyd edək ki, Belçika – Azərbaycan oyunu sabah Bakı vaxtilə saat 23:45-də başlayacaq.