Belçika xatirəsi
28.03.2011 - 23:03
Belçika xatirəsi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsinin növbəti oyununda rəqibimiz olan Belçika ilə bağlı xoş xatirələrə malikdir. Apasport.az saytının məlumatına görə, bu, 39 il əvvəlki hadisə ilə əlaqədardır.

Həmin vaxt AFR yığması tarixində ilk dəfə Avropa çempionu oldu ki, bu da 1972-ci ildə Belçikada təşkil edilən final mərhələsində mümkün oldu. Foqtsun müdafiəçi kimi yer aldığı yığma həmin turnirin yarımfinalında meydan sahibləri ilə görüşmüşdü.

Foqts və yoldaşları Antverpendə 55 mindən artıq azarkeşin gözü önündə Herd Müllerin dublu sayəsində 2:1 hesablı qələbəyə sevinmişdilər.

Qeyd edək ki, 39 il əvvəl AFR yığması finalda həmyerlimiz Anatoli Banişevskinin də heyətində yer aldığı SSRİ millisini 3:0 hesabı ilə darmadağın etmişdilər.
0