Mourinyo penaltini qaytara bilmədi
29.03.2011 - 10:46
Mourinyo penaltini qaytara bilmədi
“Real”ın bazasında qeyri-adı oyun keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə Madrid klubunun məşqçilər heyəti İspaniyanın aparıcı jurnalistləri ilə qarşılaşıb. Maraqlı keçən matç 2:3 hesabı ilə həmkarlarımızın xeyrinə başa çatıb.

60 dəqiqə davam edən oyunda “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo da forma geyinib. I hissədə portuqaliyalı matça qapıçı kimi çıxıb və penaltidən 1 top buraxıb. İkinci 45 dəqiqədə isə o “ampulasını” dəyişib və hücumçu mövqeyində oynasa da, heç nə ilə yadda qalmayıb.