Yenə Belçikada, yenə martda!
29.03.2011 - 12:09
Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Belçika – Azərbaycan oyunu milli komandaların baş məşqçilərinin növbəti dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 65 yaşlı çalışdırıcısı Foqts özündən 3 yaş kiçik Jorj Leekenslə yaşıl meydanlarda əvvəllər də üz-üzə gəlib.
1976/77 mövsümündə Çempionlar Kubokunun 1/4 final mərhələsində Almaniyanın “Borussiya” (Mönhenqladbax) və Belçika “Brügge” klubları üz-üzə gəliblər. Hər 2 komandanın o vaxt ad çıxaran müdafiə xəttinin dirəyi 4 nömrəli futbolçular idi. Almaniya klubunun əfsanəsi olan Foqts kimi Leekens də uzun illər şərəfini qoruduğu komandada “4”ə könül vermişdi.
Maraqlıdır ki, 1977-ci ildəki həmin matçlar da mart ayına təsadüf etmişdi. Ayın 2-də Mönhenqladbaxda 4 nömrələr 4 qola şahid oldular – 2:2. Özü də həmin oyunun artıq 38-ci dəqiqəsində Foqtsun yer aldığı müdafiə xətti parça-parça olmuşdu – 0:2. Lakin almanlar özlərində güc tapıb, bərabərliyə nail oldular.
2 həftə sonra martın 16-da isə Brüggedəki görüş “Borussiya” üçün uğurlu oldu. Hələ 20 yaşı tamam olmayan Vilfrid Hannes Leekens və yoldaşlarını 1/4 finalda saxladı. 84-cü dəqiqədə Belçikada vurulan qol Foqts və yoldaşlarının yarımfinala adlaması üçün yetərli oldu. Həmin mövsüm almanları yalnız finalda dayandıran tapıldı: “Liverpul” 3:1 hesablı qələbə ilə kuboku İngiltərəyə apardı.
34 il sonra sabiq 4 nömrələr yenidən Belçikada üz-üzə gəlir. Yenə də martda keçirilən dueldə həmin 4 nömrələri yığmamızda Mahir Şükürov geyinəcəksə, rəqibdə bunu heç kim etməyəcək. Çünki onların 4 nömrəsi Vinsent Kompani cəzalı durumdadır.

0
0