Milli komandamız Rusiya yığmasına hokkey hesabı ilə uduzdu
29.03.2011 - 19:58
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, İspaniyada təlim-məşq toplanışında olan komandamız 3-cü oyununda Rusiya millisi ilə qarşılaşıb.
Oyun şimal qonşularımızın böyük hesablı qələbəsi ilə nəticələnib. İlk yarıda komandamızın 4 dəfə cəzalandıran rusiyalılar ikinci hissədə də amansız olublar. Fasilədən sonra daha 4 qol vuran rəqib komandamızı biabırçı hesabla məğlub edib.
Xatırladaq ki, bu, komandamızın hazırlıq çərçivəsində son yoldaşlıq görüşü idi. İlk 2 matçda yığmamız əvvəl Qvineyadan olan həmyaşıdlarını 1:0, sonra isə “UD Marbelya”nı 4:0 hesabı ilə üstələmişdi.
Yoldaşlıq oyunu
AZƏRBAYCAN (U-21) – RUSİYA (U-21) - 0:8
Alan Gatagov, 11; 43; 89 Fyodr Smolov, 19; Maksim Kanunnikov, 45; Arsen Goşokov, 67; Denis Çerishev, 81; 87

0
0