“Neftçi” autsayderlə bacarmadı – YENİLƏNİB
29.03.2011 - 16:54
“Neftçi” autsayderlə bacarmadı – YENİLƏNİB
“Neftçi” bu gün növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” çempionatda yaranan fasilədən istifadə edərək, yoldaşlıq görüşü keçiriblər.

Bakılılar ikinci “altılıq”da mübarizə aparan “Simurq”la görüşüblər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma gözlənilənlərin əksinə, Zaqatala klubunun qələbəsi ilə yekunlaşıb.

Premyer Liqada heç bir iddiası qalmayan “Simurq” “ağ-qaralar”ın qapısından 2 cavabsız top keçirib. Arif Əsədovun bütün yetirmələrinə şans verdiyi görüşdə əyalət klubu 51 dəqiqə azlıqda oynasalar da, rəqibin fərqlənməsinə imkan verməyiblər.

Qeyd edək ki, cari mövsüm “Simurq”la hər 2 çempionat oyunu “Neftçi” üçün asan gəzinti olub – 3:0 və 4:0.

“Neftçi” - “Simurq” - 0:2