Milli komandada seks qalmaqalı
29.03.2011 - 12:49
Milli komandada seks qalmaqalı
Polşa milli komandasında qrup seks qalmaqalı yaşanır. Lent.az-ın məlumatına görə, yığmanın 6 futbolçusu martın 25-də Litva ilə keçirilən yoldaşlıq görüşündən öncə Poznan şəhərindəki 5 ulduzlu otelə 4 fahişə çağırıb.

Adları açıqlanmayan oyunçular yüngül əxlaqlı qadınlarla 3 saatadək əyləniblər. Baş məşqçi Fransijek Şmuda futbolçulardan belə bir şey gözləmədiyini bildirib: “Xüsusən, futbolçuların bir qismi Poznanda yetimxananı ziyarət etdikləri halda digərlərinin belə hərəkətə yol verdiyi ağlasığmazdır”. Polşa mətbuatı qalmaqala “Bunqa-Bunqa” adını verib və Litvaya 0:2 hesablı məğlubiyyəti bununla əlaqələndirib.

Qeyd edək ki, “Bunqa-Bunqa” termini 17 yaşlı qızın İtaliya baş naziri Silvio Berluskoni ilə kef məclisində əyləndiyini açıqladıqdan sonra ortaya çıxıb.
0