AZAL - “İnter” matçı yeni stadionda
29.03.2011 - 14:48
AZAL futbol klubu Premyer Liqanın XXV turunda ev oyununu yeni stadionunda keçirəcək. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər” son çempion “İnter”i Şüvəlan qəsəbəsində inşa olunan arenada qəbul edəcək.
Məsələ ilə bağlı komanda rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, klub prezidenti Vaqif Qasımov açıqlama vermək istəməyib: “Başım çox qarışıqdır. Hazırda sizinlə danışmağa 1 dəqiqə belə vaxtım yoxdur. İndi heç nə bilmirəm. Bu məsələ ilə məşğuluq. AFFA nümayəndələri hazırda stadiona baxırlar”.
Komandanın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov isə bildirib ki, “İnter”lə oyun çox güman yeni stadionda baş tutacaq: “Amma hələlik bu məsələ dəqiqləşməyib”.
Peşəkar Futbol Liqasından apasport.az saytına verilən xəbərdə isə bildirilir ki, AZAL çempionatın növbəti turunda “İnter”lə məhz Şüvəlanda qarşılaşacaq.
Qeyd edək ki, AZAL indiyədək ev oyunlarını “Şəfa” stadionunda keçirirdi.

0
0