“Biz onu aradan götürə bilərik” - FOTO
29.03.2011 - 20:42
“Komandada keçirdiyim il yarım ərzində 2 titul qazandıq. Son zamanlar müəyyən eniş yarandı, lakin biz onu aradan götürə bilərik. Bundan başqa, mənim müəyyən ambisiyalarım var. Olar bilər, bir neçə il öncə həmin ambisiyalarım yox idi, ancaq indi onlar yaranıb”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı çalışdırıcı klubun saytına açıqlamasında bildirib ki, komandasının Avropa arenasında da müəyyən uğurlar əldə etməsini istəyir: “Öncə bizə Avrokuboka vəsiqə qazanmaq lazımdır. Bu məqsədə nail olacağımız təqdirqə savadlı şəkildə seleksiya aparmaq və beynəlxalq oyunlara hazırlaşmaq lazımdır. Bizim avrokuboklarda iştirak etməkdə artıq təcrübəmiz var. İnşallah, “İnter” Avropaya yol açar, orada isə ambisiyalarım və komandanın potensialı Avroliqanın qrup mərhələsinə düşmək barədə düşünməyə əsas verəcək”.

0
0