Standart yığma
30.03.2011 - 10:22
Avro-2012-nin seçmə mərhələsində Belçika millisinin qonağı olan Azərbaycan yığması 1:4 hesabı ilə uduzsa da, növbəti dəfə qol sevinci yaşayıb. Apasport.az saytının məlumatına görə, Brüsseldəki görüşün gedişində hesabı bərabərləşdirən komandamız cari mərhələdə 3-cü dəfə qol vurub. 4 oyunda 3 dəfə fərqlənən yığmamız bu dəfə də künc zərbəsindən sonra sevinib.
Futbolçularımızın oyundan qol vurmaq iqtidarında olmadığını yaxşı başa düşən Berti Foqts zəngin təcrübəsinə əsaslanaraq, komandamızı standart vəziyyətlərdə ixtisaslaşdırıb. Elə bunun nəticəsidir ki, Almaniya ilə səfər, Türkiyə ilə ev oyunlarında olduğu kimi, Brüsseldə də azarkeşlərini künc zərbəsindən sonra sevindirdi.
Kölndəki kuryoz qolun da əslində müdafiəçidən gəldiyini nəzərə alsaq, bütün topları arxa xətt oyunçuları vurub. Həmin görüşdə Vaqif Cavadovun künc zərbəsindən sonra qapıçı Manuel Noyer topu qaytarmışdı. Lakin yerə yıxılan Rail Məlikovun belinə dəyən “mərmi” qapıya sıçradı. Railin qol, yoxsa Manuelin avtoqol etdiyi üzərində baş sındırdığımız vaxtda UEFA ən qeyri-adi qərarla həmin topu Vaqifin ayağına yazdı.
Əslində isə hücumçularımız bu seçmə mərhələdə qol vura bilmir.
Türkiyə ilə oyunda Rəşad Sadıqovun vurduğu qol isə ön xətt oyunçularımızın qapının harada olduğunu unutmasına növbəti nümunə idi. Bundan sonra nəyinsə dəyişəcəyinə ümid edənlər isə yanılırdı. Belçikada da meydan sahiblərini nominal müdafiəçi məyus etdi. Yığmada dayaq yarımmüdafiəçisi kimi oynayan Ruslan Abışov künc zərbəsindən sonra başla toru silkələdi.
Arxada qalan bu qarşılaşmalar onu göstərir ki, millimiz daha çox künc zərbəsi qazanmalı, daha çox müdafiəçi ilə oynamalıdır. Bəlkə meydana 1 qapıçı və 10 müdafiəçi ilə çıxaq? Onsuz da qollarımızı yalnız onlar vurur. Rəqib qapısının yolunu itirən yarımmüdafiəçi və hücumçular isə boş yerə əziyyət çəkməsinlər. Amma yox, 10 deyil, 9 müdafiəçi lazımdır. Axı künc zərbələrinin “sahibi” Vaqif Cavadovdur. Müdafiəçilərimizin standart vəziyyətlərdən yararlanması üçün ona da ehtiyac var.

0
0