“Azərbaycanla oyunun nəticəsinə görə əhval-ruhiyyəmiz əladır”
30.03.2011 - 10:44
“Azərbaycanla oyunun nəticəsinə görə əhval-ruhiyyəmiz əladır”
“Belə yüksək məhsuldarlıq yığmada olan gözəl atmosferlə bağlıdır. Futbolçularım öz kefinə oynayırdılar. Lakin bununla yanaşı, oyun intizamına da riayət edirdilər”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının baş məşqçisi Nikolay Pisarev deyib.

O, İspaniyada Azərbaycan yığmasına 8:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Azərbaycan və Qveniya ilə oyunların nəticəsinə görə əhval-ruhiyyəmiz əladır. Amma bizim rəqiblərimizin dünya reytinqində heç də ən güclülərdən olmadığını nəzərə almalıyıq. Bu bizi arxayınlaşdırmalı deyil. Məni bu görüşlərdə yalnız komandada sağlam rəqabətin olması sevindirir”.

Qeyd edək ki, ruslar qvineyalıları 7:3 hesabı ilə məğlub etmişdilər.