Alan Qataqov: Nəticə oyuna görə oldu
30.03.2011 - 11:00
Alan Qataqov: Nəticə oyuna görə oldu
“Oyun intizamı hesabına biz yaxşı nəticələr və yüksək məhsuldarlıq nümayiş etdirdik. Hesab edirəm ki, nəticə oyuna görə oldu”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının üzvü Alan Qataqov deyib.

20 yaşlı yarımmüdafiəçi İspaniyada təlim-məşq toplanışını çərçivəsində Azərbaycan milli komandasına 8:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib. “Lokomotiv”də çıxış edən Qataqov bildirib ki, bunu komanda yoldaşlarının köməyi sayəsində bacarıb: “Bütün imkanlardan istifadə etməyə çalışmalısan. Əlbəttə ki, komanda yoldaşlarımın köməyi olmasa idi, mən bu qədər qol vura bilməzdim. Bunda mənə hücum xətti böyük kömək etdi. Hər halda oyunun nəticəsindən sonra deməliyəm ki, payızda start götürəcək Avro-2013-ün seçmə mərhələsini hazırlığımız yaxşı gedir”.
Qeyd edək ki, Qataqov Azərbaycanla oyuna kimi yığmasının heyətində 11 oyuna çıxaraq 7 qola imza atıb.