Arif Əsədov öz futbolçularını təriflədi
30.03.2011 - 11:39
“Yığmanın oyununu sona qədər izlədim. Hesabda geri düşsək də, rəqib qapısına yol tapdıq və bərabərliyə nail olduq. Komanda ikinci qola qədər pis təsir bağışlamadı. Fasilə ərəfəsində buraxdığımız qol isə oyunun taleyini həll etdi. Bu qolu buraxmadan fasiləyə yollansaydıq, daha yaxşı olardı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sayca dördüncü oyununa çıxan millimiz Belçika ilə qarşılaşmada böyük hesablı məğlubiyyətlə üzləşib. Belə ki, Berti Foqtsun başçılıq etdiyi millimiz 1:4 hesabı ilə yenilib. Düzdür, millimiz erkən qol buraxsa da, tezliklə hesabı bərabərləşdirməyə nail olub.
Yığmanın heyətində meydana çıxan “Neftçi”nin oyunçuları haqda danışarkən Əsədov Abışovu ən yaxşı sayıb: “Ruslan Abışov ən yaxşılardan idi. Rail Məlikov öz mövqeyində oynamasa da, nəsə etmək istəyirdi. Penalti istisna olmaqla, onun oyunu da pis alınmadı”.
Bu arada “Neftçi” dünən “Simurq”la yoldaşlıq oyununda gücünü sınayıb və çempionatın hər iki oyununda böyük hesabla yendiyi rəqibinə 0:2 hesabı ilə uduzub. Bu oyunda əsasən zədəsini yeni sağaldan futbolçulara şans verən baş məşqçi yetirmələrindən razı qalmayıb: “10 nəfər əsas heyət oyunçumuz müxtəlif yığmaların düşərgəsində idilər. Zədəsini sağaldan, eləcə də oyun təcrübəsi baxımında əziyyət çəkən futbolçuları meydana buraxmışdım. Nəticə önəmli deyildi. Gəncləri də yoxladıq, kimin necə təsir bağışladığını gördük. Hiss olunurdu ki, futbolçularımız tam hazır deyillər. Aralarında məni qane edənlər də oldu”.
Baş məşqçi fasilədə əsas futbolçuları əvəzləyib. Buna səbəb isə rəqibin kobud oynaması olub: “Rodriginyo, Flavinyo kimi oyunçulara I hissədə şans versəm də, sonradan onları əvəzlədim. Çünki meydanda kobud oyun gedirdi”.

0
0