Pis nəticə, fantastik rekord!
30.03.2011 - 12:30
Futbol üzrə Azərbaycan milli komandası tarixinin yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin Belçika ilə səfər oyununda 1:4 hesabı ilə uduzan yığmamız məğlubiyyətə baxmayaraq, rekord müəllifi olub.
Belə ki, Ruslan Abışovun vurduğu qol seçmə mərhələdə 3-cü qolumuz olub. Yığmamız bunadək səfərdə Almaniya və Türkiyə millilərini də məyus etmişdi ki, bu komandaların hər ikisi son Avropa çempionatının yarımfinalında oynamış rəqiblərdir.
Millimiz keçirdiyi 4 görüşdə artıq 3 dəfə qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, Berti Foqtsun yetirmələri orta hesabla hər qarşılaşmada 0,750 qol vurub. Bu göstərici dünya və Avropa səviyyəsində aşağı göstərici olsa da, Azərbaycan futbolu üçün az qala fantastik nailiyyətdir.
Hər halda, tarixi ərzində bu mərhələyədək 78 seçmə matça 28 dəfə fərqlənən komandamızın orta göstəricisi vur-tut 0,359 idi. Bu nəticədən birdən-birə 2 qat yaxşı məhsuldarlıq isə irəliləyişin böyüklüyündən xəbər verir.
Təəssüf ki, bu, yalnız müdafiəçilərin ön xətdəki oyun sayəsində əldə olunur və arxa xətt elə də etibarlı deyil.
İndiki məhsuldarlığı ayrı-ayrı seçmə mərhələlərin ümumi göstəriciləri ilə də, ilk 4 turunun qol sayı ilə də müqayisə etdikdə yeni rekordun rəsmiləşdiyini görərik. İndiyədək ən yaxşı halda, məhsuldarlıq 0,625-ə bərabər olurdu. Bu da ümumi mərhələ üçün rəqəmdir. Startda isə ən yaxşı halda, 2 qol vururduq. 3 dəfə isə qol həsrəti yaşamışdıq.
1 – seçmə mərhələ, 2 – mərhələdəki oyun sayı, 3 – mərhələdəki qol sayı, 4 – mərhələdəki orta məhsuldarlıq, 5 – ilk 4 oyunun sayı, 6 – ilk 4 oyundakı qol sayı, 7 – ilk 4 oyundakı məhsuldarlıq.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
AÇ-1996 | 10 | 2 | 0,200 | 4 | 0 | 0,000 |
DÇ-1998 | 8 | 3 | 0,375 | 4 | 2 | 0,500 |
AÇ-2000 | 10 | 6 | 0,600 | 4 | 1 | 0,250 |
DÇ-2002 | 10 | 1 | 0,100 | 4 | 0 | 0,000 |
AÇ-2004 | 8 | 5 | 0,625 | 4 | 2 | 0,500 |
DÇ-2006 | 10 | 1 | 0,100 | 4 | 1 | 0,250 |
AÇ-2008 | 12 | 6 | 0,500 | 4 | 1 | 0,250 |
DÇ-2010 | 10 | 4 | 0,400 | 4 | 0 | 0,000 |
AÇ-2012 |
|
|
| 4 | 3 | 0,750 |

0
0