“Azərbaycan yığmasının buraxdığı ilk top avtoqol deyildi”
30.03.2011 - 16:23
“Bu, avtoqol deyildi. Azərbaycan yığması ilə oyundakı ilk topu mən vurmuşam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin futbolçusu Yan Vertongen deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununda müəllifi olduğu ilk qol haqda fikirlərini açıqlayıb: “Bəlkə də top rəqibə toxunmuşdu. Lakin qolu mən vurmuşam. Bu, mənim sevimli nöqtəmdir. Bilirdim ki, oradan qapını dəqiq nişan almağım mümkündür. Hətta daha 1 dəfə eyni nöqtədən zərbə vurmaq imkanımı oldu. Lakin topu Naser Şadliyə buraxdım ki, o vursun. Bu həm rəngarənglik üçün idi, həm də komandadakı münasibətlərdən xəbər verirdi. Biz bir komandayıq, kimin vurmasının fərqi yoxdur”.

0
0