Berti Foqts: Həmişəki kimi...
30.03.2011 - 23:01
Berti Foqts: Həmişəki kimi...
2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Brüsseldə Belçikaya 1:4 hesabı ilə uduzan Azərbaycan yığması dünən axşam saatlarında Bakıya qayıdıb. Apasport.az saytının xəbərinə görə, millimizdən fərqli, baş məşqçi Berti Foqts və köməkçiləri Azərbaycana gəlməyib. Alman çalışdırıcı həmişəki kimi rəsmi görüşdən sonra yenə vətəni Almaniyaya yollanıb. Onun aprelin sonlarında Bakıya gələcəyi gözlənilir.