Ulan da yığmamızı hədəf seçdi
30.03.2011 - 23:03
AÇ-2012-nin seçmə mrəhələsində milli komandamızın rəqibi olan Qazaxıstan yığmasının futbolçusu Ulan Konısbayev iyunda Azərbaycanla keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb. Astana "Lokomotiv"inin yarımmüdafiəçisi millimizlə oyun haqda bunları deyib: "Seçmə mərhələdə bir xal belə qazana bilməmişik. Bu isə komandamızda bəzi problemlərin olduğundan xəbər verir. Artıq əvvəlki oyunlarda buraxdığımız səhvlərdən nəticə çıxararaq öz üzərimizdə daha çox işləməliyik. Əgər qrupda sonuncu yeri tutmaq istəmiriksə, iyunda keçiriləcək oyunda Azərbaycan millisini məğlub etməliyik".
0
0