Ramiz Məmmədov ilk “üçlük”dən danışdı
31.03.2011 - 09:00
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən maksimum yararlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün startı ərəfəsində ölkə xaricində olan atıraulular heyətin təqdimat mərasimini məhz indi keçiriblər. Qazaxıstan çempionatının 3 turundan sonra azarkeşlər qarşısına yenilərə formalar təqdim edən “Atırau”nun baş məşqçisi də diqqətdən kənarda qalmayıb.
Həmyerlimiz yerli “7-ci kanal”a müsahibə verərək komandasının iddialarından danışıb: “Əvvəllər bu ölkədə “Kayrat”a azarkeşlik edirdim. Bir də “Aktobe” klubunu tanıyırdım. İndi isə özüm bu ölkədə çalışıram. Komandamın böyük potensialı var. Lakin ilk növbədə “altılığ”a düşmək barədə fikirləşirik. Bundan sonra Allahın köməyi ilə mükafatçılar sırasına düşəcəyik. Buna dəvət etdiyimiz yerli və legionerlərimiz də köpmək edəcək”.

0
0