“Real” rəhbərliyindən Şakiraya qadağa!
31.03.2011 - 09:38
“Real” rəhbərliyindən Şakiraya qadağa!
“Real” klubuna məxsus “Santyaqo Bernabeu” stadionunun rəhbərliyi qeyri-adi qərarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, hər oyundan 2 saat əvvəl musiqi səsləndirilən arenadakı konsertin repertuarında dəyişiklik edilib.

Azarkeşləri qızışdırmaq baxımından əhəmiyyət kəsb edən bu prosedurda Şakiranın mahnıları olmayacaq. Belə ki, Madrid stadionunda kolumbiyalının mahnılarına qadağa qoyulub. Paytaxt arenasının ən sevilən müğənnilərindən olan Şakira ilə bağlı bu qərar heç də təsadüfi deyil. “Real”ın əzəli rəqibi “Barselona”nın futbolçusu Xerard Pike ilə eşq macərası yaşayan müğənni bu yolla əks tərəfdə nifrətə layiq görülüb.