“Futbolçuların fikri qızların yanında qaldığı üçün uduzuruq”
31.03.2011 - 11:19
“Futbolçuların fikri qızların yanında qaldığı üçün uduzuruq”
İngiltərənin “Kristal Pelas” klubunun azarkeşləri komandalarının uğursuzluqlarından təngə gəliblər. Apasport.az saytının məlumatına görə, fanatlar ötən ilin dekabrından sonrakı 18 oyunda cəmi 3 qələbə qazanan komandanın uğursuzluqlarının günahkarlarını tapıblar. Bunlar isə qızlardır.
Söhbət komandanın dəstək qrupunda rəqs edən qızlardan gedir.

Azarkeşlər məhz bu qrupun yaranmasından sonrakı 3-4 ayda yaranan böhranı onlarla bağlayır: “Futbolçularımız başqa “toplar”a və “şariklər”ə baxır. O, qızlar striptiz rəqqasələridir. Futbolçularımızın da gözlərini onlardan ayıra bilmir və fikirləri oyunda olmur. Bunun nəticəsində də uduzuruq”.

Qeyd edək ki, “Kristal Pelas” çempionşipin autsayderləri sırasında qərarlaşıb.