Dünyanın ən məhsuldar futbolçuları müəyyənləşdi
31.03.2011 - 11:45
Dünyanın ən məhsuldar futbolçuları müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin ilk 3 ayı ərzində qitə kubokları və milli komandada üst-üstə ən azı 4 qol vuranların cədvəlində 23 futbolçu yer alıb.

Bütün azərbaycanlı oyunçuların birlikdə 1 qol vurması üzündən siyahıda bizimkilərdən heç kim yoxdur. Cədvələ Misir yığmasında 6 qol vuran Əl-Səid Həmdi başçılıq edir. Ən yaxşı avropalı olan Dirk Kuyt isə ümumi siyahıda 4-cüdür. O, Hollandiya yığmasında 4, “Liverpul”da 1 dəfə fərqlənib. Postsovet məkanı isə siyahıda 1 nəfərlə təmsil olunub. 9-cu yerə şərik olan estoniyalı Konstantin Vasilyev 4 qolun hamısını yığmada vurub.