Rail Məlikov: Topa sinəmlə toxunmuşdum, əllə yox - MÜSAHİBƏ
31.03.2011 - 12:00
Azərbaycan milli komandasının futbolçusu Rail Məlikovun apasport.az saytına müsahibəsi
- Belçika ilə görüş yadınızda necə qaldı?
- Çətin rəqib idi. Biz Brüsseldən yaxşı nəticə ilə dönmək istəyirdik. Buna nail ola bilərdik. Ancaq öz səhvlərimiz ucbatından uduzduq. Biri elə mənim səhvim oldu. Bu, penalti epizodunda idi.
- Buna qədər sizin qayda pozuntunuza görə qapımıza cərimə zərbəsi təyin edildi və onda sarı vərəqə aldınız...
- Həmin epizodda cərimə zərbəsindən söhbət gedə bilməzdi. Elə cərimə zərbəsi və sarı vərəqə vermək gülünc idi. Həmin epizodda rəqiblə bir-birimizi tuturduq, açıq mübarizə idi. Belə baxanda, bu oyunda baş hakimin rəqibə köməyi dəydi.
- Belçika yığması bizdən aşkar güclü idi. Rəqibin baş hakimin köməyinə nə ehtiyacı ola bilər?
- Demirəm ki, rəqib hakimin hesabına qələbə qazandı, yaxud aşağı səviyyədə idarəçilik oldu. Sadəcə, bir sıra hakim səhvləri göz qabağında idi. Qapımıza vurulan ilk qolda, 3-4 başqa epizodda da cərimə zərbəsi yox idi. Bir epizodda topa sinəmlə toxunmuşdum, ancaq hakim əllə oynadığımı bildirdi.
- Ancaq penalti epizodunda top əlinizə dəymişdi.
- Bəli. Bu, rəqiblə hava mübarizəsində oldu. Hamı bilir ki, futbolçu göyə tullananda müvazinətini itirir. Bunu bilərəkdən eləmədim, əlim topa dəydi. Baş hakim bunu görməmişdi. Rəqib futbolçular buna işarə etdilər. Həmin epizodun üstündən bir neçə saniyə keçdi. Onlar qapımıza zərbə də vurdular. Bundan sonra yan xətt hakimi işarə etdi. Baş hakim də oyunu saxlayıb, penaltini verdi.
- Onu da nəzərə alaq ki, penalti epizodda ikinci sarı vərəqəni göstərib, sizi meydandan qova da bilərdi.
- Əlbəttə. Ancaq fikrimcə, baş hakim kimin əllə oynadığını dəqiq görmədi. Çünki qarışıqlıq idi. Məncə, buna görə göstərmədi.
- İstənilən halda, günahınızı boynunuzdan atmırsınız...
- Əlbəttə, səhvlərim oldu. Məğlubiyyət olanda hər şey bir futbolçuya görə olmur. Bütün komandanın səhvi olub ki, məğlub olmuşuq. Rəqib bizdən üstün etdi. Azarkeşlərimizə söz verirəm ki, Bakıda bu məğlubiyyətin əvəzini çıxmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərin bizə köməyi olsa, belçikalılardan revanş alacağıq.
- Siz daha çox müdafiənin sağ cinahında oynayırsınız. Ancaq bu dəfə Elnur Allahverdiyev zədələndiyindən, məcburiyyətdən sol cinahda oynadınız. Bunun oyununuza təsiri oldu?
- Sözsüz. Bu, göz qabağında idi. Solda oyunum o qədər yaxşı alınmırdı.
- Ümumiyyətlə, start heyətində çox mövqe dəyişikləri oldu...
- Əlbəttə. Bu, baş məşqçinin oyun haqda texniki gedişi idi. Mən bunu müzakirə edə bilmərəm.
- Səfər oyunlarında hələ də böyük hesabla uduzuruq. Belə çıxır ki, ancaq ev oyunlarında nəticə qazanmağa ümid etməliyik?
- Evdə nəticəyə yüz faiz ümid etməliyik. Öz meydanımızda oynayanda azarkeşlərimizin güclü köməyi bizə təsir edir və qələbə qazana bilərik. Belçikadan revanş almaq haqda düşünürük.
- Buna qədər Qazaxıstanla səfər oyunumuz var...
- Bu, artıq fərqli, ölüm-dirim oyunudur. Qazaxıstana yalnız qələbə üçün gedəcəyik.
- Qazaxıstanla iyunun 3-də baş tutacaq oyuna qədər mövsüm bitəcək və hazırda bütün diqqətiniz çempionatda olacaq. Kapitanı olduğunuz “Neftçi”ni növbəti turda çempionluq yolunda əsas rəqiblərindən olan “Qarabağ”la vacib oyun gözləyir...
- Çalışacağıq ki, bu görüşdə qalib gələk. Biz meydana bunun üçün çıxacağıq. “Qarabağ”da qardaşlarımız oynayır. Onların çoxu ilə millidə komanda yoldaşıyıq. Bir söz demək istəyirəm: kim güclüdürsə, o da qalib gəlsin.
Mehman SÜLEYMANOV

0
0