“Turan” rəhbərliyindən bu cür münasibət gözləmirdim”
31.03.2011 - 12:42
“Qışda “Şəmkir”lə anlaşdım. Formamı itirməmək üçün bu komandanın düşərgəsindəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Ruslan Abbasov deyib.
Bir vaxtlar “Neftçi”, “İnter” və “Turan” klubların formasını geyinən, ölkə çempionu, eləcə də “Birlik kuboku” turnirinin qalibi olan müdafiəçi yayda özünə komanda tapa bilmədiyi üçün qış fasiləsinə qədər futboldan kənarda qalıb. Qış transfer dövründə Premyer Liqa klublarının diqqətindən kənarda qalan Abbasov sonda “Şəmkir”ə üz tutub. Premyer Liqada sonuncu klubu “Turan” olan futbolçu karyerasını yenidən elitada davam etdirmək haqda düşünür: “Turan” rəhbərliyindən bu cür münasibət gözləmirdim. Yayda yenidən güclü klublardan birinə keçmək istəyirəm. Futbolçu kimi hələ tükənmədiyimi sübut edəcəyəm”.
Abbasov son zamanlar legionerlərə qarşı marağın artmasından narazı qaldığını gizlətməyib: “Bu gün çempionatda bizdən heç də güclü olmayan əcnəbilər oynayırlar. Onlara bu qədər marağın artmasının səbibini anlamıram. Bəyəm, yerlilər onlardan zəifdir? Bəziləri deyirlər ki, öz uşaqlarımız çox pul istəyirlər. Bu heç də həqiqəti əks etdirmir. Bir faktı da yaddan çıxarmaq olmaz ki, qazandığımızı tək öz ailəmizə xərcləmirik. Bizim futbolçuların hamısı kasıb ailədən çıxıblar. Bu gün onların qazandıqları pulla təkcə öz ailələri deyil, yaxın qohumları da dolanırlar. Bunun nəyi pisdir?”

0
0